97 yeni yoluxma, 1 ölüm

COVID-19

Son gündə Azərbaycanda koronavirus infeksiyasına 97 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan iki nəfər də vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 40788 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 38587 nəfər müalicə olunaraq sağalıb, 598 nəfər vəfat edib, aktiv xəstə sayı 1603 nəfərdir".

Qərargahdan açıqlamaya görə, ölkədə son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3073, hazırkı dövrədək isə 1140190 test aparılıb.

Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.