Dağlıq Qarabağdan yazan jurnalistin akkreditəsi ləğv olundu

İlya Azar

Onun bildirməsinə görə, rəsmən ona deyilib ki, Qarabağa akkreditəsiz gedib. Halbuki, XİN digər jurnalistlər kimi ona da məhz Qarabağda işləmək üçün akkreditə veribmiş

Ermənistanın Xarici İşlər Nazirliyi “Novaya qazeta”nın əməkdaşı İlya Azarın akkreditəsini ləğv edib. Azar bu haqda Facebook səhifəsində yazıb.

Onun bildirməsinə görə, rəsmən ona deyilib ki, Qarabağa akkreditəsiz gedib. Halbuki, XİN digər jurnalistlər kimi ona da məhz Qarabağda işləmək üçün akkreditə veribmiş.

“Emailə yazırlar ki, guya akkreditasiya proseduru dəyişib”, – yazan jurnalist əsl səbəbin Şuşa və Laçından reportajı olduğunu düşünür. “XİN təmsilçisinə görə, bu reportaj mənfi ictimai rəy doğurub”, – jurnalist bildirir.

Buna da bax: Rusiyalı jurnalist indi Şuşada və Laçında olanlardan yazır

Jurnalist 2011-ci ildən Qarabağa səfərinə görə Azərbaycanda persona-non-qrata elan olunduğunu yada salır.

Azar məqaləsinin “ermənilərin vətənpərvərlik hissinə toxunması, azərbaycanlıların isə xoşuna gəlməsi” fikrilə razılaşır, amma yazıda saxta fakt olmadığını deyir.

Sözügedən məqalədə jurnalist yazırdı ki, separatçı rejim indiyədək 320 əsgərinin həlak olduğunu bildirir, halbuki könüllülər itkilərin xeyli böyük olduğunu, çağırışçılar üçün silah və hərbi forma çatışmadığını, cəbhə xəttində vəziyyətin “acınacaqlı” olduğunu deyirlər.

Sentyabrın 27-dən cəbhə bölgəsində başlanan əməliyyatlarda hər iki tərəfdən itkilər var. Azərbaycan Cəbrayıl şəhərini, rayonun bir sıra kəndlərini, eləcə də bəzi digər kənd və yüksəklikləri işğaldan azad etdiyini bildirir.