Azərbaycan Baş Prokurorluğu Gəncə şəhərinin atəşə tutulması ilə bağlı açıqlama yayıb.
Qurumun mətbuat xidmətindən bildiriblər ki, Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub. Qeyd edildiyinə görə, nəticədə 3-ü qadın olmaqla 7 nəfər həlak olub ( Amma başqa rəsmi mənbələr ölü sayının artdığını bildirir.Onlar qeyd edirlər ki, dağıntılar altından xilasetmə işləri davam edir-red).
16-sı qadın, 6-sı azyaşlı olmaqla isə 34 nəfərin yaralandığı qeyd edilir: “Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.” “Gəncədə 10-dan artıq çoxmənzilli binaya ziyan dəyib.”
Buna da bax: Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalırAzərbaycan Baş Prokurorluğu Gəncə şəhərinin atəşə tutulması ilə bağlı açıqlama yayıb. Qurumun mətbuat xidmətindən bildiriblər ki, Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub.
Qeyd edildiyinə görə, nəticədə 3-ü qadın olmaqla 7 nəfər həlak olub ( Amma başqa rəsmi mənbələr ölü sayının artdığını bildirir.Onlar qeyd edirlər ki, dağıntılar altından xilasetmə işləri davam edir-red). 16-sı qadın, 6-sı azyaşlı olmaqla isə 34 nəfərin yaralandığı qeyd edilir:
“Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.”
Xatırlatma
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 30-dan çox kəndi, Cəbrayıl şəhərini və Hadrut qəsəbəsini işğaldan azad edib..
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.
Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.