İqtisadiyyat üzrə Nobel iki amerikalıya verildi

İsveç Kral Elmlər Akademiyasının oktyabrın 12-də yaydığıbəyanata görə, 72 yaşlı Milqrom və 83 yaşlı Uilsonun kəşfləri “bütün dünyada alıcılara, satıcılara və vergi ödəyicilərinə fayda gətirib”

ABŞ iqtisadçıları Pol R. MilqormRobert B. Uilson iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüblər. Onlara mükafat “hərrac nəzəriyyəsində təkmilləşmələr və yeni hərrac formatlarının kəşfi”nə görə verilib.

İsveç Kral Elmlər Akademiyasının oktyabrın 12-də yaydığıbəyanata görə, 72 yaşlı Milqrom və 83 yaşlı Uilsonun kəşfləri “bütün dünyada alıcılara, satıcılara və vergi ödəyicilərinə fayda gətirib”.

Bu iki alimin hazırladığı auksion formatı 1994-cü ildən müxtəlif ölkələrdə istifadə olunur. ABŞ dövlət orqanları telekommunikasiya operatorlarına radio tezliklərin satılmasında ilk dəfə ondan yararlanıb.

Qaliblər 1.1 milyon dollarlıq mükafatı yarı böləcəklər.

İqtisadiyyat üzrə qaliblərin adları açıqlanmaqla Nobel həftəsinə yekun vurulub.