Aşkarlanan yoluxmada kəskin artım var

Arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına

647 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı oktyabrın 18-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər də vəfat edib:

“Azərbaycanda indiyədək ümumilikdə 44964 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 40037 nəfər müalicə olunaraq sağalıb, 626 nəfər vəfat edib, aktiv xəstə sayı 4301 nəfərdir.”

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 9089, hazırkı dövrədək isə 1228024 test aparılıb.

Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.
Dünən, oktyabrın 17-də ölkədə 528 yeni yoluxma faktının qeydə alındığı açıqlamışdı.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 100 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.