ABŞ-da üçüncü yoluxma dalğası başlanır

ABŞ, 19 oktyabr, 2020-ci il

Birləşmiş Ştatlarda oktyabrın əvvəlində günə 42 minədək yeni yoluxma təsdiqlənirsə, indi bu göstərici 58 minə çatır. Bu, iyulun sonundan bəri ən yüksək rəqəmdir

Avropa qitəsində bir sıra ölkələr koronavirus yoluxmalarında böyük artımla üzləşdiklərindən qadağalar tətbiq edirlər. Birləşmiş Ştatlara isə artıq üçüncü yoluxma dalğasının gəldiyi açıqlanıb.

Son həftələr İspaniya, İtaliya, Fransa və Rusiyada yeni yoluxmalarda kəskin artım qeydə alınıb.

Birləşmiş Ştatlarda oktyabrın əvvəlində günə 42 minədək yeni yoluxma təsdiqlənirdisə, indi bu göstərici 58 minə çatır. Bu, iyulun sonundan bəri ən yüksək rəqəmdir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Metronun bağlanması yenə avtobuslarda basabas yaradıb

Üçüncü dalğa xəbərdarlığı

“Birləşmiş Ştatlarda COVID-19 pandemiyasının üçüncü dalğası başlanıb”, – COVID-i İzləmə Layihəsi ötən həftə xəbərdarlıq edib.

20-dən çox ştatda yoluxmalar yüksələn xətt üzrə gedir, 16 ştatda isə həftəlik yoluxma rəqəmlərində rekord yaşanır.

Birləşmiş Ştatlarda koronovirus pandemiyası əlavə 299 min nəfərin ölümünə səbəb olub. Bunu hökumətin araşdırması ortaya qoyub. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) oktyabrın 20-də bildirməsinə görə, ölkədə gözlənəndən əlavə ölüm hallarının üçdə ikisi Covid-19-la, qalanları başqa səbəblə əlaqədardır.

Tədqiqatçılar 2015-2019-cu illərin ölü statistikasını müqayisə ediblər. Bu il yanvarın 26-dan oktyabrın 3-dək proqnozdan əlavə 299 min 28 nəfərin vəfat etdiyi üzə çıxarılıb. Bu il oktyabrın 15-dək ABŞ-da yeni koronavirusdan 216 min 25 nəfərin vəfat etdiyi bildirilir. Hazırda bu rəqəm 221 mindən artıqdır.

CDC isə COVID-19-dan ölümlərin daha böyük olduğunu deyir, çünki testlər və diaqnoz sayı yetərli deyil.

Hesabata görə, “tibbi xidmətə çıxışın pozulması” səbəbindən də virusa dolayısı ilə bağlı olan ölümlər baş verib.

Buna da bax: 803 yeni yoluxma aşkarlanıb, 8 ölüm

Soyuq havada evdə oturmaq...

Payız-qış mövsümündə yoluxmaların artacağını ekspertlər proqnozlaşdırırdı. Ancaq indi havalar soyuduqca insanların evlərə qapadılmasının pandemiyanı daha da ağırlaşdıracağı qeyd olunur.

Son günlər Avropada ən yüksək yoluxma göstəricilərinin qeydə alındığı Çexiyanın Səhiyyə naziri Roman Primula oktyabrın 20-də xəbərdarlıq edib ki, hökumət qadağaları daha da sərtləşdirə bilər. Artıq ölkədə qismən karantin qüvvəyə minib.

İrlandiyada bu gecədən sərt məhdudiyyətlər qüvvəyə minib. Həyati əhəmiyyətli sayılmayan şirkətlər bağlanıb, barların və restoranların fəaliyyəti məhdudlaşdırılıb.

“Gələn həftələr ərzində vəziyyətin daha da ağırlaşacağına dəlil çox güclüdür”, – İrlandiyanın Baş naziri Mişel Martin deyib.

Uelsdə cümə günündən tam karantin qüvvəyə minir. Britaniyanın Baş naziri Boris Conson İngiltərədə milyonlarla insan üçün qadağalar tətbiq edib.

Fransa, Belçika, Avstriya, İtaliya və İsveçrədə də məhdudiyyətlər sərtləşdirilir.

Dünyada yeni koronavirusa 40.7 milyondan çox yoluxma təsdiqlənib, 1.1 milyondan çox xəstə vəfat edib.