Birləşmiş Ştatların dörddə üç hissəsində koronavirusa yoluxmalar artmaqdadır. Avropada isə yoluxmalarda kəskin artım yeni qadağaların qoyulması ilə nəticələnib.
Artıq ABŞ-da yeddi günlük ortalama gündəlik yoluxmalar 757, ümumi ölü sayı isə 222 minə çatıb.
Ölkədə gündəlik yoluxmalar 58 minə çatır, oktyabrın əvvəlində 42 minə yaxın idi.
“Məyusedici tendensiya”
ABŞ-da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin yoluxucu xəstəliklər üzrə direktor müavini deyib ki, ölkədə yoluxma hallarının artmasında “məyusedici tendensiya” müşahidə olunur.
Buna da bax: 803 yeni yoluxma aşkarlanıb, 8 ölüm
Cey Batler oktyabrın 21-də brifinqdə deyib ki, artımda bir faktor əhalinin havaların soyuması nəticəsində içəridə daha çox vaxt keçirməsilə bağlıdır.
O, həmçinin adamların “ailə, dost və qonşuları iştirakıyla nisbətən kiçik tədbirlər keçirməsinin də yoluxmaları artırdığını” vurğulayıb.
Avropada isə Polşadan tutmuş Portuqaliyaya qədər yeni qadağalar tətbiq olunur, yaxud onlar barədə xəbərdarlıq edilir. Maska taxmaq məcburi elan olunur, toplantılar məhdudlaşdırılır, barlar və restoranlar bağlanır. Hətta bəzi yerlərdə tam karantin elan olunur.
Belçikanın səhiyyə naziri yoluxmalarda “sunami” dalğası haqda xəbərdarlıq edib. Barlar, restoranlar bağlanandan sonra karantinə yaxın vəziyyət elan ediləcəyi gözlənir.
Buna da bax: ABŞ-da üçüncü yoluxma dalğası başlanır
Almaniyada da nazir virusa yoluxdu
Pandemiya ilə mübarizəsinə görə alqışlanmış Almaniyada yoluxmalar mart və apreldəki səviyyəni keçib. Gündəlik yoluxmalar ilk dəfə olaraq 10 mini keçib. Səhiyyə naziri Jens Spahn testi pozitiv çıxmış ilk hökumət rəsmisidir.
Pandemiya dünyada onmilyonlarla insanı işsiz qoyub, şirkətlər iflas edib. Bu səbəbdən Avropada hökumətlər sərt karantinə getməyə tərəddüd edirlər. Çexiya və İrlandiya isə karantinə əl atmağa məcbur olub.
Bir məsələ də var– hətta şirkətlər bağlanmasa belə, müştərilər evdə qalmağı seçə bilərlər. Bu arada iqtisadçılar virusun nəzarətdə olduğunu deyirlər.
McKinsey şirkətinin avqustda keçirdiyi, oktyabrın 22-də açıqlanmış sorğunun nəticələrinə görə, Avropada işçilərin üçdə ikisinin çalışdığı kiçik və orta şirkətlər gələn 12 aydan necə salamat çıxacaqlarını düşünürlər.
İndiki trayektoriya üzrə növbəti altı ay ərzində hər 10 kiçik və orta şirkətin birinin müflisləşmə ilə bağlı müraciət ünvanlayacağı gözlənir.
Birləşmiş Ştatlarda yeni iqtisadi yardım paketi üzrə danışıqlar uzanır və 3 noyabr seçkisi öncəsi razılaşmanın əldə olunacağı real görünmür.