Məscidə raket zərbəsi 12 uşağın həyatına son qoyub

Arxiv fotosu

Yerli şura rəsmisinin sözlərinə görə, talibançıların məsciddə gizlənməsi haqda xəbər alınandan sonra hərbi təyyarə oranı bombalayıb

Əfqanıstanın şimalındakı Taxar vilayətində məscidə raket zərbəsi 12 uşağın həyatına son qoyub, bir neçə nəfər yaralanıb.

Hadisə oktyabrın 21-də paytaxt Taxar şəhərindən 15 km məsafədə yerləşən Baharakda baş verib. Dünən səhər saatlarına bu rayonda talibançılar onlarla əfqan təhlükəsizlik əməkdaşını qətlə yetirmişdi.

Yerli şura rəsmisinin sözlərinə görə, talibançıların məsciddə gizlənməsi haqda xəbər alınandan sonra hərbi təyyarə oranı bombalayıb.

Zərbənin əfqan, yaxud xarici qüvvələr tərəfindən həyata keçirildiyi bəlli deyil.

Ancaq həmin vaxt silahlılar artıq məscidi tərk ediblərmiş.

“Tolo News” adını çəkmədiyi mənbəyə istinadla yazır ki, zərbənin hədəfi mədrəsə olub.

Baharakda talibançılarla toqquşmalarda isə Taxar polis rəisinin müavini və 50-dək təhlükəsizlik işçisinin öldürüldüyü xəbər verilir.