Yefremovun cəzası altı az azaldılıb

Mixail Yefremov məhkəmədə, 22 oktyabr, 2020-ci il

Moskva Şəhər Məhkəməsinin oktyabrın 22-də çıxardığı qərarda Yefremovun cəzasının azaldılması onun avtoqəzada ölümünə səbəb olduğu Sergey Zaxarovun qohumlarına maliyyə təzminatı ödəməsilə izah olunur

Moskva məhkəməsi aktyor, Kremlin tənqidçisi Mixail Yefremovun səkkiz illik həbs cəzasını altı ay azaldıb. O, sərxoş vəziyyətdə maşın sürərkən bir nəfərin ölümünə səbəb olmaqda təqsirli bilinib.

Moskva Şəhər Məhkəməsinin oktyabrın 22-də çıxardığı qərarda Yefremovun cəzasının azaldılması onun avtoqəzada ölümünə səbəb olduğu Sergey Zaxarovun qohumlarına maliyyə təzminatı ödəməsilə izah olunur.

Aktyorun vəkilləri qərardan şikayət verəcəklərini deyiblər.

Sentyabrın 8-də ona 8 il həbs cəzası kəsilmişdi. Polis onun iyunun 8-də gecə sərxoş vəziyyətdə avtomobili yüksək sürətlə idarə edərkən səkiyə çıxaraq Zaxarovun maşınını vurduğunu deyir.

Yefremov hadisə zamanı xəsarət almayıb.

56 yaşlı Yefremov son illər Prezident Vladimir Putini və onun siyasətini tənqid etməsi ilə tanınmışdı.