Belarusda etirazçılara qarşı rezin güllələrdən istifadə edilib-VİDEO

Minsk, 25 oktyabr 2020

Bəzi KİV-lərin yaydığı məlumatlara görə, oktyabrın 25-də keçirilən aksiyada 200 mindən çox adam iştirak edib. Kütləviliyinə görə, sonuncu aksiya avqustun 30-dan bəri ən böyük aksiya hesab edilir.

Orlovskayadakı həyətlərdə insanlara qarşı yüngül səs bombası istifadə olunub.

Orlovskaya küçəsində nümayişçilərin qarşısı çevik polis qüvvələri tərəfindən alınıb. AzadlıqRadiosunun Belarus xidməti etirazçılara qarşı rezin güllələrdən istifadə ediildiyini, ən azı bir etirazçının yaralandığını xəbər verir.

***

Belarusda təhlükəsizlik qüvvələrinin etirazçıları zorakılıqla dağıtdığı bildirilir. Bu zaman dəyənklərdən, gözyaşardıcı qazdan istifadə edildiyi barədə xəbərlər gəlməkdədir. Saxlanan etirazçılar var.

***

Belarusda 'ən səsli' bazargünü aksiyası-VİDEO

"Ən səsli yürüş" Etirazçılar Belarusda bazar gününə təyin etdikləri aksiyaya belə ad veriblər.Beləki keçmiş prezidentliyə namizəd Svetlana Tixanovskayanın Lukaşenkoya irəli sürdüyü ultimatumun müddəti bu gün başa çatır.

Verilən məlumatlara görə, Belarus şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Belarus Daxili İşlər Nazirliyi hökumətlə razılaşdırılmayan etiraz aksiyasında vətəndaşların iştirakının yolverilməzliyi barədə bir xəbərdarlıq edib.

Aleksandr Lukaşenkonun əleyhdarları isə əvvəlcədən yeni həftənin ilk günü, gecə yarısından sonra mövcud hökumətə təzyiq göstərmək üçün daha "qəti" hərəkətlərə keçəcəklərini elan ediblər.

Minskdə və digər şəhərlərdə ənənəvi kütləvi etiraz aksiyaları başlamazdan əvvəl küçələrdə xüsusi texnika, su toplarının peyda olduğu bildirilir.

Xatırlatma

Belarusda aksiyalar avqustun 9-da ölkədə keçirilən prezident seçkilərindən sonra başlayıb. Seçkilərdə iştirak edən namizədlər və səs verən vətəndaşlar səsvermənin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq küçələrə çıxıblar. Etirazçılar hesab edirlər ki, seçki indiki prezident Lukashenkanın xeyrinə saxtalaşdırııb. Aksiyaların ilk 3 günü etirazçılara qarşı OMON zorakı davranıb, minlərlə adam həbs olunub, işgəncələrə məruz qalıb. Toqquşmalarda ən azı 1 nəfərin öldüyü xəbər verilir. Lukashenkanın əsas rəqiblərindən biri təhlükəsizlik baxımdan ölkəni tərk edib.

Avropa İttifaqı ölkələrinin liderləri Belarusdakı prezident seçkisinin nəticələrini tanımadıqları ilə bağlı birgə bəyanatla çıxış ediblər. Bundan başqa Belarusa sanksiyalar tətbiq olunacağı açıqlanıb.

Buna da bax: Minskdə növbəti bazargünü aksiyası: 'Qəhrəmanların yürüşü'