Tu-154 son reysini həyata keçirib

Tu-154 Novosibirskdə

Alrosa şirkətinin yaydığı məlumata görə, içində 140 sərnişin olan təyyarə Yakutiyanın Mirni şəhərindən Sibirin Novosibirsk şəhərinə uçuş edib

Rusiyanın Tu-154 sərnişin təyyarəsi oktyabrın 28-də son uçuşunu həyata keçirib.

Alrosa şirkətinin yaydığı məlumata görə, içində 140 sərnişin olan təyyarə Yakutiyanın Mirni şəhərindən Sibirin Novosibirsk şəhərinə uçuş edib.

Tu-154 Sovet ittifaqının Tupolev dizayn şirkəti tərəfindən hazırlanıb, vaxtilə ən çox istifadə olunan ortaölçülü sərnişin təyyarəsi olub. İndiyədək mindən çox təyyarə istismar olunub.

Təyyarə ilk uçuşunu 1968-ci il oktyabrın 3-də həyata keçirib, 1972-ci ildən kommersiya istifadəsinə buraxılıb. Tu-154-ün istehsalı 2013-cü ildə dayandırılıb.

Avropa Birliyi 2006-cı ildə Tu-154-ün mühərrikinin səsini və yanacaq istehlakını əsas gətirərək onu qadağan edib.