Gürcüstanda hakim partiya seçkini udduğunu deyir

Gürcüstanda seçkilər keçirilib

Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçirilib.
Yerli vaxtla axşam saat 5-ə olan rəsmi məlumata görə, seçkidə iştirak 45 faiz olub.
Hakim Gürcü Arzusu partiyası artıq özünü qalib elan edib.
Bu partiyanın təkbaşına hökuməti formalaşdıra bilməsi üçün 40 faizdən artıq səs toplaması lazımdır.
30-dan çox partiyanı birləşdirən müxalifət koalisiyası isə hakimiyyəti seçkini saxtalaşdırmaqda ittiham edir.