Rusiyada əsgər üç nəfəri öldürüb

Arxiv fotosu

Qərb Hərbi Dairəsi noyabrın 9-da insident haqda bəyanat yayıb.

“Növbədə olan əsgər... növbəni yoxlamağa gələn zabitlərə hücum edib, zabitlərin birinin silahını alaraq ərazidən qaçıb. Hücum nəticəsində üç hərbçi ölümlə nəticələnən xəsarətlər alıblar”, – bəyanatda vurğulanır.

Hücum edən əsgərin saxlanması üçün tədbirlər görüldüyü bildirilir.

Media insidentin hazırda təmir gedən Baltimor hərbi hava bazasında baş verdiyini xəbər verir.

Mənbələrin deməsinə görə, 20 yaşlı sıravi əsgər Anton Makarov mayorla dalaşıb, onun tapançasını qaparaq onu güllələyib. Makarov daha sonra mayora köməyə qaçan onbaşını və sıravi əsgəri güllələyib.

Voronejdəki hərbi xəstəxananın həkimləri atışmada yaralanmış əsgərin müalicə olunduğunu bildirir.

Rusiyanın hərbi hissələrində geniş yayılmış nizamnamədən kənar hərəkətlər (“dedovşina”) nəticəsində baş verən ölüm hadisələri insan haqları təşkilatları tərəfindən araşdırılır.

***

Rusiyanın qərbindəki Voronej şəhərində hərbi hava bazasında bir əsgərin üç nəfəri öldürdüyü bildirilir. Məlumatı Rusiyanın xəbər agentlikləri yayıb.

“Əsgər zabitdən götürdüyü tapançadan atəş açıb. Üç nəfər öldürülüb. İndi həmin şəxs hərbi hissənin ərazisində özünə barrikada qurub”, – TASS regionun fövqəladə xidmətinə əsasən bildirir.

Əlavə detallar bəlli deyil.