"Formula 2" yarışlarının 2021-ci il mövsümünün təqvimi açıqlanıb.
AZƏRTAC-ın xəbərinə görə, çempionat martın 26-28-də Bəhreyndə start götürəcək. Mövsümə dekabrın 3-5-də Əbu-Dabidə yekun vurulacaq.
Mövsümün üçüncü mərhələsinə Azərbaycan ev sahibliyi edəcək. Yarış iyunun 4-6-da Bakı Şəhər Halqasında keçiriləcək.
"Formula 2" yarışı yeni mövsümdə 8 mərhələdən ibarət olacaq.
Xatırlatma
Bundan əvvəl Azərbaycanda bir neçə il "Formula 1" yarışları da keçirilib. Amma 2020-ci ildə "Formula 1" üzrə Azərbaycan Qran-prisi ləğv olunub. Yarışların təşkilat komitəsi bunu koronavirus pandemiyası ilə bağlı qeyri-müəyyənliklə izah edib.
Azərbaycanda "Formula 1" 2016-ci ildən keçirilir. Tərəflər arasında razılaşmaya əsasən, Azərbaycan bu yarışlara 2023-cü ilə qədər ev sahibliyi etməlidir.
Rəsmilər Azərbaycanda "Formula 1"ə ümumilikdə çəkilən xərcləri açıqlamır. Müxalifət isə bundan narazılıq edir.