Qarabağda evlərin yandırılması videoları yayılır

Ermənistan əsgərləri Kəlbəcərdə kilsəni sonuncu dəfə ziyarət edirlər

“Çiçəklənən Ermənistan” partiyasından Gagik Tsarukyan və digərləri hələ də həbsdədir

Noyabrın 12-də Ermənistanda kütləvi etirazlardan sonra saxlanmış müxalifət nümayəndələrindən bəzilərini buraxıblar.

Respublika Partiyasından Eduard Şarmazanov, Daşnaksutyun partiyasından Geqam Manukyan, “Vətən” partiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan buraxılanlar içindədir.

Daha öncə 13 müxalifətçinin hakimiyyəti ələ keçirməyə çağırışda şübhəli bilinərək saxlandığı xəbər verilirdi. “Çiçəklənən Ermənistan” partiyasından Gagik Tsarukyan və digərləri hələ də həbsdədir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistanda etirazlar davam edir. Həbslər var

Qarabağdan gedənlər

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin adından Dağlıq Qarabağda atəşkəs bəyanatı yayılandan sonra Yerevanda küçələrə çıxanlar hökumət binasına hücum ediblər. Etirazçıların parlamentin spikeri Ararat Mirzoyanı maşından çıxaraq döyməsi xəbərləri yayılıb.

Açıqlanan bəyanata görə, Azərbaycanla Ermənistan hərbi əməliyyatlar zamanı tutduqları mövqelərdə qalırlar, təmas xəttində isə Rusiya sülhməramlı missiyası yerləşdirilir.

Yerevanda Baş nazir Nikol Paşinyanın istefası tələbilə etirazlar davam edir. Sosial şəbəkələrdə isə Dağlıq Qarabağdan çıxan bəzi sakinlərin evlərini yandırdığını göstərən videolar yayılır.

Sizin brauzer HTML5-i dəstəkləmir

"Bayden Rusiya sülhməramlılarına etiraz edə bilər" Keçmiş ABŞ diplomatı P.Qobl şərh edir.

Ermənistan hakimiyyətinin məlumatına görə, payız girəndən Qarabağdan 90 min nəfər gedib.

Azərbaycan Prezidenti İlham Əliyev isə noyabrın 6-da “BBC News”a müsahibəsində bu rəqəmi şübhə altına alıb.

“Bizdə olan məlumata görə, Dağlıq Qarabağda yaşayan real əhali 60-70 min nəfər olub. Bütün bu rəqəmlər çox şişirdilib. Ona görə də, mən şübhə edirəm ki, 90 min nəfər qaça bilər, çünki maksimum 70 min nəfərdir”, – Əliyev vurğulayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Azad edilən rayonlarda hansı təbii sərvətlər var? (XƏRİTƏ)

Xatırlatma

Azərbaycanın Dağlıq Qarabağ vilayəti və ətraf 7 rayon 1994-cü ilədək işğal olunub. Bu il sentyabrın 27-dən noyabrın 9-u günün sonunadək Azərbaycan 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

Atəşkəs bəyanatına görə, dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Azərbaycan hakimiyyəti bu sənədi tarixi qələbə adlandırsa da, müxalifət rus sülhməramlılarının ölkə ərazisinə yerləşdirilməsini onun müstəqilliyinə təhdid hesab edirlər.