1849 aşkarlanan gündəlik yoluxma, 19 ölüm

Axiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına

1849 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 1048 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı noyabrın 14-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxn 19 nəfər də vəfat edib:

“Azərbaycanda indiyədək ümumilikdə 73 429 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 54049 nəfər müalicə olunaraq sağalıb, 946 nəfər vəfat edib, aktiv xəstə sayı 18434 nəfərdir”.

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 13325, hazırkı dövrədək isə ümumilikdə 1 502 707 test aparılıb.
Rəsmi açıqlamalara görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 300 min civarında şəxsin vəfat etdiyi açıqlanıb.