Ermənistanda müxalif partiya sədri saxlanılıb

Artur Vanetsyan, axiv foto

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, müxalif “Vətən” Partiyasının sədri Artur Vanetsyan həbs edilib.

Azadlıq Radiosunun erməni xidməti Vanetsyanın vəkili Lusina Saakyana istinadən yazır ki, müxalifət lideri baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlamaqda və hakimiyyət çevrilişinə cəhddə ittiham olunur.
Vəkil bildirib ki, hüquq mühafizə orqanları qeyri-qanuni olaraq “Vətən” partiyasının ofisində axtarış aparıblar. Artur Vanetsyan isə bu gün – noyabrın 14-də Milli Təhlükəsizlik Xidmətinə çağrılıb və həbs olunub.


Vəkili Vanetsyan-ın həbsini hakimiyyətin repressiyası adlandırıb.