Serbiya Pravoslav Kilsəsinin başçısı yeni koronavirusdan vəfat edib. Bu haqda Prezident Aleksandar Vuçiç noyabrın 20-də məlumat yayıb.
90 yaşlı Patriarx İrinej bir gün öncə süni nəfəs aparatına qoşulmuşdu.
Kilsə noyabrın 4-də ruhani liderin COVID-19 testinin müsbət çıxdığını açıqlayıb.
Böyük siyasi nüfuzu olan mühafizəkar İrinej 2010-cu ilin yanvarından Serbiya Pravoslav Kilsəsinin başçısıdır.
7 milyon əhalisi olan Serbiyada koronavirusa 104 min yoluxma təsdiqlənib, 1110 xəstə vəfat edib.