Diplomatlar Tərtər və Ağdamda olublar

Ağdam işğaldan sona, 24 noyabr 2020

Diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri Tərtər və işğaldan azad olunmuş Ağdamda olublar.

Onlara məlumat verilib ki, Ermənistan tərəfindən mülki əhalinin sıx toplaşdığı ərazilər hədəfə alınıb və hətta qadağan olunmuş silahlardan da istifadə edilib.

Diplomatlara o da bildirilib ki, müharibə dövründə Tərtərdə vətəndaşların təhlükəsizliyi üçün sığınacaqlar yaradılıb.

***

“Diplomatik korpusun nümayəndələri Ermənistanın amansız raket və artilleriya hücumlarının nəticələrinin şahidi oldular»

Bunu Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev noyabrın 28-də öz twitter səhifəsində yazıb.

O qeyd edib ki, Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən məcburi köçkünlər üçün tikilmiş yaşayış məntəqəsi 44 günlük müharibədə Ermənistandan intensiv şəkildə atəşinə məruz qalıb.

H.Hacıyev bildirib ki, oktyabrın 29-da Ermənistan ordusunun Tərtərə atdığı “Smerç” raketi fərdi evdən götürülərək yerli muzeyə təhvil verilib.

***

Bu gün, noyabrın 28-də Azərbaycandakı diplomatik korpusun nümayəndələri Tərtərə və işğaldan azad olunmuş Ağdama yola düşüblər.

Bu barədə Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında bildirib:

“Prezident İlham Əliyevin tapşırığına əsasən, diplomatik korpusun nümayəndələrini, beynəlxalq təşkilatların rəhbərlərini Tərtərə və işğaldan azad olunmuş Ağdama aparırıq”.


O daha sonra da yazıb:

“Tərtərdə Ermənistanın ağır bombardmanının nəticələrini görəcəyik".

Prezidentin köməkçisi əlavə edib ki, “Qarabağ” futbol klubunun üzvləri də onlarladır

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da ( 9-da) Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Artıq, noyabrın 20-də Azərbaycan ordusu razılaşmaya uygun Ağdam rayon mərkəzində daxil olub. Noyabrın 25-də isə Kəlbəcər rayonu işğaldan azad edilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.