Ermənistan prezidenti Armen Sarkisyan noyabrın 28-də Moskvaya şəxsi səfər edib.
AzadlıqRadiosunun erməni xidməti xəbər verir ki, Sarkisyan Rusiyada erməni icması ilə görüşlər keçirəcək və Dağlıq Qarabağ, o cümlədən Ermənistandakı son durumu müzakirə edəcək.
Prezident Sarkisyan bildirmişdi ki, Rusiya və Azərbaycan dövlət başçıları və Ermənistanın baş nazirinin noyabrın 9-da imzaladığı atəşkəs bəyanatından onun xəbəri olmayıb.
Sarkisyan əvvəlki çıxışlarında qeyd etmişdi ki, onun zəngin diplomatik təcrübəsi hazırkı situasiyada faydalı ola bilər.