Partiya sədri vəfat edib

M.Səfərli

Azərbaycan Yurddaş Partiyasının sədri, keçmiş deputat Mais Səfərli bu gün, dekabrın 7-si səhər müalicə aldığı xəstəxanada vəfat edib.

Bu barədə M.Səfərlinin bacısı Gülay Quliyeva məlumat verib. Onun sözlərinə görə, M.Səfərli koronavirus infeksiyasına yoluxub: "Oktyabrın 23-dən əvvəlcə Neftçilər Xəstəxanasında müalicə alıb, həm də müalicə yaxşı olub".

Bacısının qeyd etməsinə görə, növbəti müayinə zamanı onun böyrəklərində problem aşkar edilib.

"Müalicəni davam etdirmək üçün Gömrük Komitəsinin xəstəxanasına gətirildi. Həmin xəstəxanada həkimlər əllərindən gələni etdilər, amma böyrəklərin fəaliyyətini bərpa etmək mümkün olmadı. Yeganə təsəllimiz o oldu ki, Qubadlının azad olmasını bildi", - G.Quliyeva bildirib.

Mais Səfərli kimdir

M.Səfərli 1958-ci ildə Qubadlı rayonunda anadan olub (Qubadlı rayonu 1993-cü avqustun 31-də işğal edilib. 2020-ci il oktyabrın 25-də işğaldan azad edilib).

Milli Məclisin II çağırış (2000-2005-ci illər) deputatı olub. 1993-cü ildən Yurddaş Partiyasının sədri idi.