İlin ortasında məcburi köçkünlərin sayı 80 milyonu keçib

Əfqanıstanda məcburi köçkünlər

2020-ci ilin ortasına dünyada məcburi köçkün əhalinin sayı 80 milyonu keçib. Bu haqda BMT-nin Qaçqın Agentliyi UNCHR dekabrın 9-da hesabat yayıb.

İlin əvvəlində 79.5 milyon nəfərin təqib, münaqişə, insan haqları pozuntuları səbəbindən evlərindən didərgin düşdüyü bildirilirdi. Onların 45.7 milyonu daxili məcburi köçkünlər, 29.6 milyon nəfəri qaçqınlar və ölkəsindən məcburən çıxmağa məcbur olanlar, 4.2 milyon nəfəri isə sığınacaq axtaranlar idi.

Mövcud və yeni münaqişələr, üstəlik yeni koronavirus bu statistikanı daha da gücləndirib.

2020-ci ilin birinci yarısında Suriyada, Konqo Demokratik Respublikasında, Mozambikdə, Somali və Yəməndə zorakılıqların məcburi köçkünlərin sayını artırdığı bildirilir.

Evindən çıxmağa məcbur qalanların durumunu COVID-19 daha da ağırlaşdırıb. Virus insan həyatının bütün aspektlərini dağıdıb.

Bu il sığınacaq üçün yeni müraciətlərin sayının 2019-cu ilin eyni dövrüylə müqayisədə 30 faizdən çox azaldığı xəbər verilir.