V.Gülməmmədov yenidən sədr seçilib

V.Gülməmmədov

Parlamentin bu gün, dekabrın 11-də keçirilən iclasında "Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin təyin edilməsi haqqında" məsələ də müzakirəyə çıxarılıb.

İclasda Vüqar Gülməmmədovun yenidən Hesablama Palatasının sədri vəzifəsinə namizədliyi barədə rəyə baxılıb.

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılıb və V.Gülməmmədovun yenidən Hesablama Palatasının sədri vəzifəsinə təyin edilməsinə razılıq verilib.

Azərbaycanda Hesablama Palatası 2001-ci il dekabrın 7-dən fəaliyyətə başlayıb. V.Gülməmmədov isə 2013-cü ildən bu quruma rəhbərlik edir.