Heydər Əliyevin məzarı ziyarət edilib

Heydər Əliyevin məzarı, 2007

Bu gün, dekabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Fəxri xiyabana gələrək keçmiş prezident Heydər Əliyevin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev atası, keçmiş prezident Heydər Əliyevin məzarı önünə əklil qoyub . Orada Azərbaycanın dövlət himni səsləndirilib.

Keçmiş prezident Heydər Əliyevin vəfatından 17 il keçir.

Hər il dekabrın 12-si keçmiş prezident Heydər Əliyevin məzarını hökumət orqanlarının, hüquq mühafizə qurumlarının çoxsaylı əməkdaşları və elcə də sadə insanlar ziyarət edir.