Astarada koronavirusa yoluxan ailələrin qayğıları

Arxiv foto

Astara şəhərində yaşayan Əhədovlar ailəsi üç nəfərdən ibarətdir.

Ailə başçısı Vaqif Əhədov (ad və soyad şərtdir) istehsal müəssisələrinin birində çalışsa da, həyat yoldaşı günəmuzd işləyib. Ailənin qazancı, əsasən Vaqif Əhədovun aldığı aylıq əmək haqqıdır. Vaqif Əhədov deyir ki, həyat yoldaşının xəstələnməsi onları çox narahat edib:

“SMS gəldi ki, həyat yoldaşım virusa yoluxub”

“Həyat yoldaşım soyuqlamışdı. Xəstəxanaya apardım. Baxdılar, müalicə yazdılar. Hərarətini yoxladılar, normal idi. Koronavirusa görə, ondan nümunə də götürdülər. 1-2 gündən sonra telefona SMS gəldi ki,həyat yoldaşım virusa yoluxub.”

“Dərmanın hamsını tapa bilmədim”

Aptek, arxiv foto

Onun deməsinə görə, bu xəbərdən sonra ailənin həyacanlı günləri başlayıb, məsləhət görülən dərmanları rayonun apteklərində tapa bilməyiblər:

“Dərmanların hamsını tapa bilmədim.Dərmanları Bakıdan gətizdirmək üçün yaxınlarıma müraciət etdim. Qorxuya, stresə düşdük. Müraciət etdim, məni və oğlumu da yoxladılar, virus olmadı. Evimizə həkim briqadası gəldi, qərargahdan zəng vurdular, suallarına cavab verdim. Sonra polis gəldi ki, ailənizi karantinə alırıq.”

O deyir ki, indi əsas problem işlə bağlıdır:

“Mən və həyət yoldaşım işləyirik. İşləməsək evə qazanc gəlməz. Mən dedim ki, ailəni karantinə almaqdansa həyat yoldaşımı xəstəxanaya yerləşdirin. Mən işdən qalmayım. Bizə xəbərdarlıq etdilər ki, yoldaşın xəstəxanada qalsa vəziyyəti daha da ağırlaşa bilər. Burda xəstələrin hamsı ünsiyyətdə olurlar. Amma evdə təcrid olunmuş şəkildə qala bilər.İndi hazırda yoldaşım evdədir. Həkimlər nə deyir, onu da icra edirik.”

“Fikirləşmirlər ki, bu ailə necə yaşasın? ”

Koronavirus yoxlaması, arxiv foto



Onun deməsinə görə, belədə fikirləşmirlər ki, bu ailə necə yaşasın:

“Ailədə heç kim işə buraxılmırsa, qazanc da olmayacaq. Bəs o ailə necə yaşasın? Hər gün işə gedirəm, tabelə imza atıram. İmza olmayanda əmək haqqını tuturlar. Günəmuzd işləyənlər üçün heç nə düşümür. Mən özüm şəkər xəstəsiyəm. Dərmanları vaxtında ala bilmirəm. Nazirliyə də müraciət etmişəm. Xəstəxanaya getmsəm o dərmanı mənə heç kim verməz.”

“Bu kasıb ailə üçün böyük puldur”

Astara şəhərin adının çəkilməsini istəməyən digər sakini də deyir ki, kronavirusa görə, bacısını xəstəxanaya yerləşdiriblər:

”Qızdrması oldu.Yoxlatdırdıq. Dedilər ki,virusa yoluxub. Xəstəxanaya yerləşdirdik.İndi yaxşıdır, amma iştahası yoxdur.Həkim deyir keçib gedər. Xəstəxanada 5 gündür yatır, evə buraxmaq istəyirlər. Deyirlər evdə müalicə alsın. Virusa yoluxanlar çoxdur. Əvvəllər buna əhəmiyyət vermirdilər. İndi maskasız adama rast gəlinmir.Hamı çalışır ki, virusa yoluxmasın. Xəstələnmək o deməkdir ki, ailə büdcəsindən pul gedəcək. Ölüm riski yaranır. Qonşum var, virusa tutulub, 300-400 manat pul xərcləyib. Bu kasıb ailə üçün böyük puldur.”

“Yer yoxdur”

Cəlilabad, Masallı, Astara rayonlarının mərkəzi xəstəxanaları karantin şəraitində fəaliyyət göstərirlər. Aldığımız məlumata görə, hər üç rayonun xəstəxanaları xəstələrlə doludur. Astara rayon Mərkəzi Xəstəxanasının baş həkimi Oktay Əmənullayev deyir ki,virusa yoluxanların sayı gündən günə artır:

“İki nəfəri evə buraxırıq, iki nəfəri qəbul edirik, yer yoxdur. Rayonda 80 xəstə ev şəratində müalicə alır. Başqa yerlərdən də xəstə göndərirlər.”

Masallı rayonunda da eyni vəziyyətin yarandığı bildirilir.

Amma bəzi xəstələrin öz hesablarına müalicə alması ilə bağlı deyilənləri isə rəsmi qurumlar təsdiq etmirlər. Onların deməsinə görə, qeydiyyata düşən və evində müalicə alan hər bir xəstə lazımı dərmanlarla təmin edilir.

Xatırlatama

Vuhan, axiv oto



2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemeya elan edib.Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1,5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.İndiyədək Azərbaycanda ümumilikdə 167155 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlaradan 1849 nəfərin vəfat etdiyi bildirilib. Xəstələrin böyük çoxunun isə evdə müalicə aldığı qeyd edilir. Hələ, dörd gün öncə, dekabrın 8-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə prezidentin köməkçisi Hikmət Hacıyev bildirmişdi ki,48 min xəstə evdə müalicə alır.

Azərbaycanda martın 24-dən karantin rejimidir.Bu müddət ərzində iki dəfə ölkədki işsiz və işini itirən şəxslərə (600 min) 190 manat yardım verilib.Bu proses sonradan 3 dəfə də karantinin sərtləşdirildiyi bəzi bölgələrdə davam etdirilib. Dekabrın 14 -dən yanvarın 18-nə kimi bütün ölkə ərazisində karantinin yenidən sərtləşdirilməsi ilə bağlı yenə 600 min şəxsə birdəfəlik 190 manatlıq yardımın verilməsi gözlənir.