3 min 962 yeni yoluxma, 45 ölüm

COVID-19

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 min 962 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 4 min 188 nəfər sağalıb.

Bu məlumatı bu gün, dekabrın 18-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 45 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 195 min 422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 131 min 252 nəfər sağalıb, 2 min 133 nəfər vəfat edib, aktiv xəstə sayı 62 min 37 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 15 min 305, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 31 min 308 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var. Ötən həftə açıqlanan rəsmi məlumata görə, belə xəstələrin sayı 50 min civarındadır.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.6 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.