Makron koronavirusa yoluxdu

Emmanuel Makron

Fransa Prezidenti Emmanuel Makron COVID-19-a yoluxub. Fransa Prezident İdarəsi onun testinin müsbət çıxdığını bildirib.

42 yaşlı prezidentdə “ilkin simptomlar başladıqdan” sonra test verib.

Onun “özünü yeddi günlüyə təcrid edəcəyi”, “məsafədən işləyərək fəaliyyətini davam etdirəcəyi” bildirilir.

Fransa Avropada koronavirus pandemiyasının ən çox zərbə vurduğu ölkələrdəndir. 2.4 milyondan artıq yoluxma təsdiqlənib, 60 minədək xəstə vəfat edib.

Keçmiş bankir olan Makron 2017-ci ildə hakimiyyətə gəlib.

İndiyədək ABŞ Prezidenti Donald Tramp və Britaniyanın Baş naziri Boris Conson daxil olmaqla bir sıra tanınmış dövlət başçıları koronavirusa yoluxaraq sağalıb.