Əmanətlərin sığortalanması müddəti uzadıldı

Sizin brauzer HTML5-i dəstəkləmir

Bankların önündə növbələr niyə yaranır?

Milli Məclisin dekabrın 18-də keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Əmanətlərin tam sığortalanması haqqında" Qanuna dəyişiklik edilib.

Azərbaycanda 2016-cı il martın 4-də qüvvəyə minən və müddəti iki dəfə uzadılan "Əmanətlərin tam sığortalanması haqqında" Qanun bu ilin dekabrın 4-də qüvvəsini itirib.

Layihəyə əsasən, qanunun müddəti 2021-ci il aprelin 5-inə kimi uzadılıb.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Xatırlatma

2015-ci ildə (fevralda və dekabrda) baş verən devalvasiyalar nəticəsində Azərbaycan manatı ABŞ dolları qarşısında iki dəfə dəyər itirdi. Ölkədə 10-dan çox bank bağlandı. Orada, əsasən, qorunan əmanətlər vətəndaşlara qaytarıldı. 2016-cı ilin martında isə əhalinin banklarda əmanətlərinin tam şəkildə 3 il müddətinə sığortalanması haqqında qanun qəbul edildi.