XİN-in kassasından pul oğurlanıb

Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyinin binasından 1 milyon ABŞ dolları yoxa çıxıb. Hadisənin 2020-cu il dekabrın 19-da baş verdiyi bildirilir. Rusiya XİN məlumatı təsdiqləyib.

REN TV xəbər verir ki, vəsait Xarici İşlər Nazirliyinin Pul və Maliyyə Departamentinin kassasından itib. Həmin vəsait "Absolute" araq qutularında saxlanılırmış.

Yoxa çıxan vəsaiti konsulluq xidmətlərinə görə İranın ödədiyi, amma İrana qarşı sanksiyalara görə bank yolu ilə göndərilmədiyi bildirilir.

Hadisə ilə bağlı nazirliyin Pul və Maliyyə Departamentinin iki əməkdaşının saxlanıldığı bildirilir.