İraqda saxlanılan 194 uşaq Azərbaycana verilib

Sizin brauzer HTML5-i dəstəkləmir

"Arvadım İŞİD-ə qoşulub"

İraq həbsxanalarında və uşaq evlərində saxlanılan 194 nəfər Azərbaycan vətəndaşı öz ölkəsinə verilib

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2020-ci ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.

Məlumata görə, 2020-ci ildə İraqdan Azərbaycan vətəndaşlarının repatriasiyası (Hərbi əməliyyatlar, digər məcburi şərtlər nəticəsində xarici dövlətin ərazisinə düşmüş şəxsin vətəndaşı olduğu, daimi yaşadığı, yaxud doğulduğu ölkəyə qayıtması) istiqamətində təxliyə prosesi həyata keçirilib. Nəticədə İraq həbsxanalarında və uşaq evlərində saxlanan 194 Azərbaycan vətəndaşı olan uşaqlar ölkələrinə qaytarılıb.

Nazirlikdən vurğulandığına görə, onlar müvafiq reabilitasiyadan sonra yaxınlarının himayəsinə verilib.

Xatırlatma

Son illər yüzlərlə Azərbaycan vətəndaşının öz ailə üzvləri ilə birgə İraqa, Suriyaya üz tutduqları bildirilir. Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, onlardan bir çoxu orda terror qruplaşmalarının daxilində sıx fəaliyyət göstəriblər. Belə şəxslərdən bir çoxunun Azərbaycanda mühakimə edildiyi, bəzilərinin vətəndaşlıqdan xaric edildiyi deyilir. İraqa, Suriyaya üz tutan bir çox Azərbaycan vətəndaşlarının da orda həlak olduğu, ailələrinin, uşaqlarının da başsız qaldığı açıqlanmışdı.