803 yeni yoluxma qeydə alınıb

Azərbaycan, COVİD-19, 21 yanvar 2021

Yanvarın 3-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 2918 nəfər sağalıb.

Bu məlumatı yanvarın 3-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 30 nəfər vəfat edib. Bununla indiyə qədər koronovirustan vəfat edənlərin sayı 2733-ə çatıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.