Səudiyyə Qətərlə hava məkanını açır

Qətərdə qaz emalı zavodu, arxiv fotosu

2017-ci ilin ortasında Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətəri terrorçuluğu dəstəkləməkdə ittiham edərək onunla diplomatik, ticari və səyahət əlaqələrini kəsdilər

Yanvarın 4-dən Səudiyyə Ərəbistanı Qətərlə hava məkanı və sərhədlərini üç ildən çox fasilədən sonra yenidən açıb. Açıqlamanı Küveytin xarici işlər naziri verib.

2017-ci ilin ortasında Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətəri terrorçuluğu dəstəkləməkdə ittiham edərək onunla diplomatik, ticari və səyahət əlaqələrini kəsdilər.

Doha isə ittihamı rədd edir.

Bu dörd ölkə Dohaya 13 tələbi qəbul etdirməyə çalışdılar. Onların içində “Al Jazeera” televiziyasının bağlanması, Türkiyə bazasının qapadılması, Müsəlman Qardaşlığı qruplaşması ilə əlaqələrin kəsilməsi, İranla münasibətlərin məhdudlaşdırılması vardı.

Birləşmiş Ştatlar və Küveyt isə bu müddət ərzində ədavətə son qoyulmasına çalışıblar. Onların mövqeyincə, bu ədavət İrana qarşı birliyi zəiflədir. İran 2019-cu ildə Səudiyyənin neft emalı zavodlarına hücumda ittiham olunub.

Yanvarın 5-də ABŞ rəsmiləri Səudiyyə Ərəbistanında imzalama mərasiminə qatılacaqlar.