“Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti (ASC) Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilir.
Bununla bağlı bu gün, yanvarın 16-da Azərbaycan Prezidenti sərəncam imzalayıb.
Sənəddə yazılıb ki, lotereyaların, idman mərc oyunlarının keçirilməsindən əldə edilən gəlirdən təyinatı üzrə istifadənin səmərəliliyinin artırılması, dövlət-özəl tərəfdaşlığı çərçivəsində qeyd edilən sahənin inkişafı üçün investisiyaların və yeni texnologiyaların cəlb edilməsi əsas prioritet istiqamətlərdəndir.
Sərəncamla bundan ötrü Azərbaycan Nazirlər Kabineti və
İqtisadiyyat Nazirliyinə bəzi tapşırıqlar verib.