Dava-dərman xərcləri 40 faiz artıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Koronaviruslu xəstə: 'Dərmana öz cibimdən 300 manat xərcləmişəm'

2020-ci ildə istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 748.9 mln. manat xərcləyib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qurumdan verilən məlumata görə, bu göstərici 2019-cu il ilə müqayisədə 40.5 faiz artıb.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. İndiyədək Azərbaycanda isə 227 min 273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 min 9 nəfərin vəfat etdiyi açıqlanıb.