162 yeni yoluxma aşkarlanıb, 8 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 705 nəfər sağalıb.

Bu məlumatı bu gün, yanvarın 23-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 8 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 228 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 219 724 nəfər sağalıb, 3 072 nəfər vəfat edib, aktiv xəstə sayı 5 892 nəfərdir”.

Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 6 522, ötən müddət ərzində isə ümumilikdə 2 354 473 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.