Rusiyadakı son aksiyada tutulanların sayı 3 mindən çox olub

Rusiya, 23 yanvar 2021

Həbs edilən Kreml tənqidçisi Aleksey Navalnının hüquqlarının müdafiəsi ilə bağlı şənbə günü Rusiyada keçirilən aksiyada tutulanların sayı 3 mini keçib. Bu barədə yanvarın 24-də siyasi təqiblərin monitorinqini aparan OVD-İnfo məlumat yayıb.

OVD-İnfo-nun məlumatında qeyd olunur ki, aksiyada saxlananların sayı 3296 nəfərə çatıb ki, bu da müasir Rusiya tarxində ən yüksək göstəricidir.

Açıqlamada Moskvada 1300-ə yaxın, Peterburqda isə 500-dən çox adamın saxlandığı vurğulanır.

Rusiyanın 100-dən çox şəhərində keçirilən aksiyalarda ümumilikdə 100 mindən çox adamın iştirak etdiyi bildirilir.

OVD-İnfonun məlumatına görə, 30-a yaxın aksiyaçı polislər tərəfindən döyülüb, bir qadın isə xəstəxanaya yerləşdirilib. Peterburqda qadının polis zorakılığına məruz qalmasını götərən video da paylaşılıb. Həmin videoda polis əməkdaşı qarşıdan onlara tərəf gələn qadının qarnına təbiklə vurur və qadın asfalta yıxılır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Navalnın həbsi ilə bağlı Rusiyada etirazlar, polislə toqquşma

Tutulanlar arasında yetkinlik yaşına çatmayanların və junalistlərin sayının 100-dən çox olduğu iddia olunur.

Son məlumatlara görə, polis bölmələrinə aparılanların çoxu potokol yazılandan və ya gecəni polis bölmələrində saxlandıqdan sona sərbəst buraxılıb.

Buna da bax: Rusiyada aksiyalar-Navalnıya azadlıq istənilir