Televiziya və Radio Yayımları Şirkəti "Avroviziya-2021" Beynəlxalq Mahnı Müsabiqəsi üçün musiqi qəbulunu başa çatdırıb.
Müsabiqədə Azərbaycanı müğənni Əfəndi təmsil edəcək.
Bu il "Avroviziya" mahnı müsabiqəsinin yarımfinal mərhələsinin mayın 18-i və 20-də, final mərhələsinin isə mayın 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcəyi planlaşdırılır.
Xatırlatma
2012-ci ildə "Avroviziya"ya Azərbaycan ev sahibliyi etmişdi. 2011-ci ildə Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal "Running Scared" mahnısı ilə bu yarışın qalibi olmuşdular.