Ermənistanda yenidən zəlzələ olub

Ermənistan, zəlzələnin qeydə alınması

Fevralın 13-də yerli vaxtla saat 15: 29-da Ermənistanda zəlzələ olub. Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri Yerevanın 8 km cənub-şərqdə qeydə alınıb. Dağıntılar haqqında məlumatlar gəlməkdədir.

Qeyd olunur ki, ərazi seysmik mühafizə xidmətinin seysmoloji şəbəkəsi tərəfindən 4.7 bal gücündə qeydə alınan zəlzələnin episentrdə gücü 6-7 bal olub.

Zəlzələ Yerevan şəhərində 5-6 bal, Aragatsotn, Ararat, Şirak, Armavir, Vayots Dzor bölgələrində isə 3-4 bal gücündə hiss olunub.

Fövqəladə Hallar Nazirliyinin verdiyini məlumata görə, Yerevanın küçələrində zəlzələnin yaratdığı dağıntılar barədə məlumatlar da gəlməkdədir.

Nazirlik indiyə qədər təxminən 20 yeraltı təkanın qeydə alındığı, amma hazırda zəiflədiyini bildirir.

"Əhalini hələlik açıq yerdə qalmağa çağırırıq. Əlavə məlumat veriləcək." deyə rəsmi məlumatda bildirilir.

Bir həftə əvvəl də Ermənistan ərazisində 6-7 bal gücündə və daha sonra xırda təkanlar baş vermişdi. Həmin vaxt nazirlik yaxın günlərdə Ermənistanda və ona bitişik ərazilərdə zəif və ya orta gücdə yeraltı təkanların olacağını bildirmişdi.

Ermənistanın baş naziri Nikol Paşinyan özünün facebook səhifəsində zəlzələ ilə bağlı məlumat paylaşaraq dağıntı və insan təlafatının olmadığını vurğulayıb.

“İrəvanın Erebuni istiqamətində bir evə ziyan dəyib, bir sakin yüngül xəsarət alıb. Bir-neçə yerdə divar üzlükləri qopub düşüb. İlkin məlumatlara görə, itki yoxdur ”, - deyə Paşinyan qeyd edib.

«В общине Эребуни Еревана был поврежден самодельный дом, легкую травму получил один житель. Облицовочная плитка упала в нескольких местах. По предварительным данным, жертв нет», - отметил глава армянского правительства.

Как сообщил Пашинян, по предварительным данным, эпицентр землетрясения находился недалеко от Нубарашена близ Еревана.

Zəlzələ Naxçıvanda da hiss edilib

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublika Seysmoloji Xidmət Mərkəzi bildirir ki, yerli vaxtla saat 15:29-da Heydərabad stansiyasından 44-km şimalda Ermənistan ərazisində zəlzələ qeydə alınıb:

“Zəlzələ Azərbaycanın sərhəd rayonlarında və Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss olunub”

Hələlik, Azərbaycanda dağıntı və təlafat haqqında məlumat yoxdur.