128 yeni yoluxma aşkarlanıb, 2 ölüm

Rusiyada xəstəxana, arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 128 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 140 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan fevralın 14-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər də vəfat edib:

“Azərbaycanda indiyədək ümumilikdə 232123 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 226654 nəfər sağalıb, 3180 nəfər vəfat edib, aktiv xəstə sayı 2289 nəfərdir”.

Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 6647, hazırkı dövrədək isə 2 501 845 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.