Andrey Myaqkov 82 yaşında vəfat edib

Andrey Myaqkov “Taleyin ironiyası və ya həmişə təmizlikdə” filmində

Rusiyanın tanınmış aktyoru Andrey Myaqkov 82 yaşında vəfat edib.

Media aktyorun dostlarına və həmkarlarına istinadla yazır ki, Myaqkov fevralın 18-də açıqlanmayan xəstəlikdən dünyasını dəyişib.

Myaqkov 1960-cı illərin 50-dən çox filmdə və teleserialda xeyli rol oynayıb. Ən məşhur rolu isə rejissor Eldar Ryazanovun 1975-ci ildə çəkdiyi “Taleyin ironiyası və ya həmişə təmizlikdə” filmindəki Jenya Lukaşindir.

Keçmiş Sovet ittifaqında Yeni il ərəfəsində bu filmin nümayişi bir ənənəyə çevrilmişdi.