Birləşmiş Ştatlar yüksək çinli məmurlar daxil olmaqla 43 belarusluya viza qadağası qoyub, onların ölkə demokratiyasına “zərbə üçün cavabdehlik daşıdığını” bildirib.
Dövlət katibi Entoni Blinken fevralın 18-də bildirib ki, Vaşinqton avtoritar lider Alyaksandr Lukaşenkanın idarə etdiyi ölkədə “dinc etirazçılara, demokratiya tələb edən fəallara və jurnalistlərə zorakılıqla divan tutulması”ndan narahatdır.
Fevralın 16-da “Vyasna” insan haqları təşkilatı, Belarus Jurnalistlər Assosiasiyası, müstəqil həmkarlar ittifaqına reydlərin “özəlliklə narahatlıq” doğurduğu bildirilir. Fevralın 18-də isə jurnalistlər Katsyaryna Andreyeva və Darya Çultsova məhkum ediliblər. Onlar “ictimai asayişi pozmağa yönəlik ictimai tədbirlərin təşkili”ndə günahkar bilinsələr də, ittihamı siyasi motivli adlandırıblar.
Belarusda Lukaşenka 9 avqust seçkisinin qalibi elan olunandan ölkədə etirazlar davam edir. Müxalifət seçkinin saxtalaşdırıldığını deyir. Bir neçə etirazçı toqquşmalarda öldürülüb, minlərlə saxlanan olub.