Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 147 nəfər sağalıb.
Bu məlumatı fevralın 20-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər də vəfat edib:
“Azərbaycanda indiyədək ümumilikdə 232 973 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 227 619 nəfər sağalıb, 3 195 nəfər vəfat edib, aktiv xəstə sayı 2 159 nəfərdir”.
Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 8 055, hazırkı dövrədək isə ümumilikdə 2 543 880 test aparılıb.
Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.