Nigeriyanın Zamara ştatındakı məktəblərdən birinə basqın edən silahlılar 300 məktəbli qızı özləri ilə aparıblar. Hadisə fevralın 26-sı səhər saatlarında baş verib.
Yerli sakinlərdən birinin "Associated Press"-ə dediyinə görə, məktəbə basqın edən silahlılar məktəbin yanındakı həbri düşərgəyə və yoxlama-buraxılış məntəqəsinə hücum ediblər ki, bu da həmin həbçilərin məktəbə hücumun qaşısını almağa imkan verməyib.
Hücum zamanı ölən və yaralananların olması barədə məlumat verilmir, sadəcə cinayətkaların axtarıldığı bildirilir.
Zamarada pul qarşılığında adam oğurluğu, həbsxanadan məhbus azad etmə kimi işlərlə məşğul olan bir neçə iri cinayətkar qrupun fəaliyyət göstərdiyi bildirilir.
Fevral ayında Nigeriyanın Niger statında da məktəbə silahlı hücum olub. Həmin vaxt ən azı bir məktəbli həlak olub, 40 nəfədən çox adam oğurlanıb. Oğurlananlar təkcə şagidlər olmayıb, onların arasında müəllim və valideynlər də olub.
İki ay ərzində silahlı dəstələr Nigiyanın Katsina ştatındakı məktəblərdən 400-ə yaxın məktəblini oğulayıblar.