Boris Nemtsovu anım tədbirləri müəyyən şərtlərlə keçirilir

Moskva, 9 iyun 2020

Bu dəfə hakimiyyət pandemiyanı əsas gətirərək anım mərasimi ilə bağlı kütləvi tədbirlərin keçirilməsinə icazə veməyib.

ABŞ, Böyük Britaniya, Latviya, Polşa səfirləri və Avropa Birliyindən olan başqa diplomatlar hadisə yerində baş çəkiblər, gül dəstələri qoyublar.

"Nastoyashcheye vremya"-nın verdiyi məlumata görə tədbir təşkilatçıları qətl yerində anım mərasiminin keçirilməsi ilə bağlı Moskva meriyası ilə qeyri-rəsmi razılıq əldə ediblər.

Buna da bax: Boris Nemsov haqqında film çəkilib

Razılığa görə anım mərasimi sosial məsafəyə əməl olunmaqla siyasi tələb və çıxışlar olmadan, gül qoyulmaqla 4 saat ərzində davam etməlidir.

Anım mərasimləri bir sıra şəhər və bölgələrdə baş tutsa da hakimiyyət Soçidə, Pskovda, Çelyabnskdə və Krasnodarda belə tədbirlərin keçirilməsini qadağan edib.

Rusiya baş nazirinin keçmiş müavini Boris Nemtsov 2015-ci il fevralın 27-də Kremllə üzbəüz körpüdə güllələnərək qətlə yetirilib.

2017-ci ilin iyulunda Moskvada məhkəmə qətl hadisəsinə görə 4 nəfəri günahkar bilib və həmin şəxslər 11 ildən 20 ilə qədər azadlıqdan məhrum edilib.

Qətlin təşkilatçıları və sifarişçiləri isə bu günə qədər tapılmayıb. Nemtsovun yaxınları və yoldaşları ehtimal edirlər ki, qətlin təşkilatçılarının gizlədilməsi həmin şəxslərin Rusiya prezidenti Vladimir Putinin ətafında olması ilə bağlı ola bilər.

2018 iyulunda hüquq mühafizə orqanları yenidən istintaqa dönüblər və həbsxanada saxlananları bir daha dindiriblər. İşdə müəyyən irəlləyiş olduğunu dsələr də detalları açıqlamayıblar.