Gündəlik 365 yoluxma aşkarlanıb

COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 365 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 175 nəfər sağalıb.

Bu məlumatı martın 5-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər də vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 236012 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229442 nəfər sağalıb, 3235 nəfər vəfat edib, aktiv xəstə sayı 3335 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 7779, hazırkı dövrədək isə ümumilikdə 2635770 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.