Növbəti üçtərəfli görüş keçiriləcək

Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin görüşü, Moskva, 30 yanvar 2021

Martın 1-də video formatda Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinləri səviyyəsində işçi qupun iclası keçiriləcək.

Bu barədə TASS infomasiya agentliyi Rusiya baş nazirinin müavini Aleksey Overçuka istinadən məlumat yayıb.

Məlumata görə, ötən görüş zamanı Azərbaycan, Rusiya və Ermənistan liderləri nəqliyyat və iqtisadi əlaqələr sahəsində razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.

Aleksey Overçukun sözlərinə görə, həmin görüşdə 9 noyabr 2020-ci il tarixli bəyanatının 9-cu bəndinin icrasından irəli gələn əsas iş istiqamətləri, habelə 11 yanvar 2021-ci il tarixli bəyanatın 2, 3, 4-cü bəndləri nəzərdən keçirilib.

„Tərəflər avtomobil, dəmiryolu, habelə nəqliyyat, təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitariya və digər nəzarət növləri daxil olmaqla nəqliyyat təminatına dair ekspert qruplarının hesabatlarına baxıblar.“

Baş nazir müavininin dediyinə görə, görüş zamanı tərəflərin səlahiyyətli orqanlarına MDB çərçivəsində bağlanmış beynəlxalq müqavilələrin və yuxarıda göstərilən daşımaların həyata keçirilməsinə dair üçüncü ölkələrlə bağlanmış beynəlxalq müqavilələrin siyahıya alınması tövsiyə edilib.