'Formula 1' gəlir

Bakıda "Formula 1"

Bakı növbəti "Formula 1"ə hazırlaşır. Bu il "Formula 1" üzrə Azərbaycan Qran Prisi koronavirus pandemiyasına görə azarkeşsiz keçiriləcək.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bu gün, martın 2-də keçirilən seminarında bildirilib. Azərbaycanda kütləvi tədbirlərə qadağa qoyulduğundan belə bir qərar alınıb. Yarışların 4-6 iyun tarixində keçirilməsi nəzərdə tutulur.

Ölkədə "Formula 1" yarışları 2016-cı ildən keçirilir. 2019-cu ildə bunun 2023-cü ilə qədər uzadılmasına dair razılıq əldə edilib. O vaxt Gənclər və İdman naziri Azad Rəhimov "Formula 1"in Azərbaycanda turizmin inkişafına önəmli təsiri olacağını bildirmişdi. Verilən məlumatlara görə, ötənilki Qran Pri baş tutmadığı üçün yeni 3 illik müqavilə üzrə öhdəlik 2023-cü ilədək deyil, 2024-cü ilədək yerinə yetirilməlidir.

Azərbaycan rəsmiləri "Formula 1"in təşkilinə nə qədər pul sərf edildiyini tam olaraq açıqlamır. Müxalifət hesab edir ki, bu yarışların təşkilinə xərclənən böyük pullar əhalinin sosial müdafiəsinə yönəldilməlidir.