Pakistandan general gəlib

Zakir Həsənov və Nadim Raza

Azərbaycan prezidenti İlham Əliyev martın 3-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, prezident İ.Əliyev deyib ki, iki ölkə arasında hərbi sahədə əməkdaşlığın böyük potensialı var: "Biz artıq Pakistan müdafiə sənayesinin məhsulları ilə tanışıq. Bildiyiniz kimi, biz Pakistandan hərbi avadanlıq almışıq və bu prosesi davam etdirmək arzusundayıq. Bununla yanaşı, biz birgə hərbi təlimlər üzərində düşünürük. Hesab edirik ki, artıq bunun vaxtı çatıb".

N.Razanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan səfəri elə bu gün, martın 3-də başlayıb. Onların Azərbaycan Müdafiə Nazirliyində də görüşü olub. Səfər martın 6-na kimi davam etməlidir.