Portuqaliya Azərbaycanla oyunu İtaliyaya keçirdi

Arxiv fotosu

Komanda bildirib ki, oyun martın 24-də Turin şəhərində keçiriləcək, Portuqaliya paytaxtı Lissabonda deyil

Portuqaliyanın futbol üzrə yığma komandası 2022-ci il Dünya Futbol Çempionatı çərçivəsində Azərbaycanla ilk təsnifat oyununu İtaliyaya keçirib.

Komanda bildirib ki, oyun martın 24-də Turin şəhərində keçiriləcək, Portuqaliya paytaxtı Lissabonda deyil.

Klub səbəbi koronavirus pandemiyasına görə karantin tədbirləri ilə izah edib. Xarici komandalarla görüşən oyunçular ölkəyə daxil olandan sonra həmin tədbirlərə əməl etməlidirlər.

COVID-19 pandemiyası Portuqaliyaya ciddi zərbə vurub.

Azərbaycanla qarşılaşmadan sonra Portuqaliya martın 27-də Serbiyada, 30-da isə Luksemburqda təsnifat oyunları keçirməlidir.

Portuqaliya Avropanın 55 yığma komandası arasında ev sahibliyi edəcəyi oyunu neytral əraziyə keçirən ikinci komandadır.

Norveç ötən ay bildirib ki, martın 27-də Türkiyə ilə oyunu İspaniyada olacaq.