Türkiyədə vertolyot qəzasında azı 11 hərbçi ölüb

Hadisə yeri

İlkin məlumata görə, qəzaya pis hava şəraiti, yaxud vertolyotda texniki nasazlıq səbəb ola bilərdi

Türkiyənin şərqindəki Bitlis vilayətində vertolyot qəzasında azı 11 hərbçi ölüb, üç nəfər yaralanıb.

Ölənlərdən biri general Osman Erbaşdır. O, quru qüvvələrinin 8-ci korpusuna başçılıq edirdi.

İlkin məlumata görə, qəzaya pis hava şəraiti, yaxud vertolyotda texniki nasazlıq səbəb ola bilərdi.

NATO-nun Baş katibi Yens Stoltenberq hərbçilərin ölümü ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hərbi helikopter qəzası ilə bağlı başsağlığı verib.